Əmlak məsələləri dövlət komitəsinin sədri Qubada vətəndaşları qəbul edib

Posted by

Əmlak məsələləri dövlət komitəsinin sədri Qubada vətəndaşları qəbul edib

Əmlak məsələləri dövlət komitəsinin sədri Qubada vətəndaşları qəbul edib

Əmlak məsələləri dövlət komitəsinin sədri Qubada vətəndaşları qəbul edib

Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənov Qubada növbəti vətəndaş qəbulu keçirib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan 50-ə yaxın vətəndaşın müraciətlərinə baxılıb.

 

Komitə sədri qəbul müddətində müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşların təklif və xahişlərini diqqətlə dinləyib. Qəbula gələn vətəndaşlar əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, torpaq sahələrinin özəlləşdirilməsi, işə qəbul və digər sosial məsələlərlə bağlı müraciət edib.

 

K.Həsənov komitənin səlahiyyətlərinə aid səsləndirilən bir sıra vətəndaş müraciətlərinin dərhal həlli üçün komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıq və göstərişlərini verib. Bunun nəticəsində qaldırılan bəzi müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həll olunub. Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah edilib və hüquqi məsləhətlər verilib. Qəbul vaxtı səsləndirilən, lakin araşdırılması tələb olunan müraciətlər də qeydiyyata alınıb. Müraciətlərin nəticələri barədə vətəndaşlara məlumatın veriləcəyi bildirilib. Komitənin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

 

Apa.az