Əmlak Məsələləri Dövlət Komitəsi səyyar xidmətlərin göstərilməsinə başlayıb

Posted by

Əmlak Məsələləri Dövlət Komitəsi səyyar xidmətlərin göstərilməsinə başlayıb

 

Əmlak Məsələləri Dövlət Komitəsi səyyar xidmətlərin göstərilməsinə başlayıb

Əmlak Məsələləri Dövlət Komitəsi səyyar xidmətlərin göstərilməsinə başlayıb

 

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlərin göstərilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi komitənin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir: “Səyyar xidmətlərin göstərilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xüsusi avtomobillər alıb. Ayın əvvəlindən bu xidmətlərdən məhdud imkanlı şəxslər, yaşlılar, eləcə də müxtəlif səbəblərdən ona məxsus olan daşınmaz əmlakın qeydiyyatı üçün ərazi idarəsinə gələ bilməyən vətəndaşlar istifadə edə bilərlər”.

Məlumatda deyilir ki, bu üstünlüklərdən ilk olaraq Sumqayıt sakinləri yararlanacaqlar: “Aprel ayı ərzində Bakı, Gəncə və Yevlaxda, eləcə də Abşeron və Xaçmaz rayonlarında müraciətlər əsasında belə xidmətlərin coğrafiyasının genişləndirilməsi planlaşdırılır. Gələcəkdə onlar paytaxtı və ölkənin regionlarını da əhatə edəcək”.

Layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu və yoxlanışı aparılacaq, eləcə də gələcək prosedurlarla bağlı vətəndaşlara zəruri məsləhətlər veriləcək: “Səyyar xidmətlər üçün nəzərdə tutulan avtomobillər müasir rabitə sistemləri, internetə çıxış və digər zəruri avadanlıqlarla təchiz olunublar ki, bu da vətəndaşlara yerlərdə sürətli, çevik və rahat xidmət etmək, eləcə də vaxta xeyli qənaət etmək imkanı verəcək. Gələcəkdə belə avtomobillərin sayı artırılacaq”.

 

Trend.az