Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti aktiv məşğulluq tədbirində 875 boş iş yerini tələbə və məzunlara təklif edib

Posted by

Mayın 6-da Azərbaycan Texniki Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunlarının da iştirak etdiyi tədbirin məqsədi yuxarı kurs tələbələri və məzunların əmək bazarına inteqrasiyasına, habelə işəgötürənlər üçün ixtisaslı kadrların seçimini aparmaq imkanı yaradılmasına köməklik göstərilməsi olmuşdur.

AzərTAc xəbər verir ki, təbirdə 78-i özəl sektora aid 109 müəssisə tərəfindən ümumilikdə 875 boş (vakant) iş yeri tələbə və məzunlara təklif edilmişdir. Vakansiyaların 637-si özəl müəssisələr tərəfindən təqdim olunmuşdur. Həmin müəssisələr sırasında “Ata Holdinq” ASC, “Ata Bank” ASC, “Azərcell Telekom” MMC , “Bakcell LTD” MMC, “Azərfon” MMC, “Qarant Sığorta” ASC, “Azərsun” MMC, “Parabank” ASC, “Holcim” Qaradağ Sement ASC, “Nurgün Motors” MMC, “Norm” Şirkəti və digər iri şirkətlər də olmuşdur.

Tələbə və məzunlar mövcud əmək bazarı haqqında, onların ixtisaslarına olan tələbat barədə məlumat əldə edib, işəgötürənlərlə ilkin əlaqələr qurmuşlar. İşəgötürənlər tələbə və məzunlarla ünsiyyətdə olaraq, gələcəkdə işə cəlb olunacaq ixtisaslı kadrlar seçmək üçün onlardan CV-lər qəbul etmişlər. Bununla yanaşı, tədbir zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyənlər üçün Səyyar Əmək Birjası da fəaliyyət göstərmişdir.

Qeyd edək ki, “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri bundan öncə “Odlar Yurdu” Universitetində keçirilmişdir və tədbirdə 216 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilmişdir, işəgötürənlər tərəfindən 515 nəfər tələbə və məzundan şəxsi məlumatlar (CV) qəbul olunmuşdur.

Tələbə və məzunlar üçün aktiv məşğulluq tədbirləri il ərzində digər bir sıra ali təhsil müəssisələrində, o cümlədən Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir şəhərlərindəki ali təhsil ocaqlarında da keçiriləcək.

AzərTac/az