Əmək münasibətlərinin tənzimlənməsi zamanı sənədləşdirmə işlərində elektron imza tətbiq olunacaq

Posted by

Əmək münasibətlərinin tənzimlənməsi zamanı sənədləşdirmə işlərində elektron imza tətbiq olunacaqƏmək münasibətlərinin tənzimlənməsi zamanı sənədləşdirmə işlərində elektron imza tətbiq olunacaq

Əmək münasibətlərinin tənzimlənməsi zamanı sənədləşdirmə işlərində elektron imza tətbiq olunacaq

Milli Məclisin Sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə əlavələr müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihə barədə məlumat verən komitə sədri Hadı Rəcəbli bildirib ki, məcəllənin 3-cü maddəsinin 5-1-ci hissəsində, 7-ci maddəsinin 2-ci hissəsində, 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndində, 49-cu maddəsinin 1-ci, 2-ci və 4-cü hissələrində “elektron informasiya sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsi ilə” sözləri əlavə edilir. Bununla əmək münasibətlərinin tənzimlənməsi zamanı bütün sənədləşdirmə işlərində elektron imza tətbiq olunmağa başlayacaq.

 

Təklif səsə qoyularaq plenar iclasa tövsiyə olunub.

 

Apa.az