Əmək birjaları 600-dən çox şəxsi müvəqqəti işlərə göndərib

Posted by

Əmək birjaları 600-dən çox şəxsi müvəqqəti işlərə göndərib

Əmək birjaları 600-dən çox şəxsi müvəqqəti işlərə göndərib

Əmək birjaları 600-dən çox şəxsi müvəqqəti işlərə göndərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları cari ilin yanvar-fevral aylarında 620 nəfərdən çox şəxsi müvəqqəti xarakterli iş yerləri ilə təmin edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin vətəndaşlardan 373 nəfərini qadınlar, 245 nəfərini gənclər təşkil edib.

Qeyd edək ki, əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli işlərlə təmin olunmasına köməklik göstərir. Bu məqsədlə əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul olunaraq belə işlər üçün müraciət edən vətəndaşlara təklif edilir.

 

Trend.az