Minskdə Müstəqil Dövlətlər Birliyinin bir sıra tədbirləri keçiriləcəkdir

Posted by

Minskdə Müstəqil Dövlətlər Birliyinin bir sıra tədbirləri keçiriləcəkdir

Minskdə Müstəqil Dövlətlər Birliyinin bir sıra tədbirləri keçiriləcəkdir

Minskdə Müstəqil Dövlətlər Birliyinin bir sıra tədbirləri keçiriləcəkdir

Belarusun paytaxtında MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yaxın vaxtlarda təşkilatın Minskdəki iqamətgahında Birliyin bir sıra tədbirləri keçiriləcəkdir.

İyunun 3-4-də azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuş şəxslər barəsində məhkəmə qərarlarının icrası haqqında MDB-yə üzv dövlətlərin Konvensiya layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir.

Sənədin müddəaları cinayət məhkəməsi sahəsində dövlətlərin bir-birinin suverenliyinə hörmət etmək və daxili işlərinə qarışmamaq prinsipləri əsasında beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsinə və qarşılıqlı yardımın genişləndirilməsinə yönəldilmişdir.

İyunun 5-də 2015-2019-cu illərdə qanunsuz miqrasiyaya qarşı mübarizədə Birliyin iştirakçısı olan dövlətlərin Əməkdaşlıq Proqramı layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun əlavə iclası keçiriləcəkdir.

İyunun 9-12-də Minskdə, həmçinin “Gələcək naminə tərəfdaşlıq: qlobal dünyanın reallıqları” adlı IX Belarus Beynəlxalq mediaforumu olacaqdır.

Mediaforum Belarusda hər il keçirilir və MDB ölkələri, yaxın və uzaq xarici ölkələr məkanında çox böyük və bir növ unikal layihədir.

Hər il forumun tədbirlərində xarici nümayəndələr – forumun iştirakçısı olan ölkələrin dövlət və ictimai xadimləri, media ekspertləri, politoloqları, iqtisadçıları, elm və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin, o cümlədən AzərTAc-ın rəhbərləri və nümayəndələri iştirak edirlər.

Qarşıdakı forumda dünyanın 26 dövlətindən, o cümlədən Azərbaycandan nümayəndələrin iştirakı gözlənilir.

 

AzərTac.az