Minsk Qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ münaqişəsi tərəflərini su resurslarından birgə istifadə etməyə çağırır
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi tərəflərini su resurslarından birgə istifadə etməyə çağırır.
Trend-in məlumatına görə, C.Uorlik öz twitter səhifəsində Sərsəng su anbarının şəklini paylaşaraq, qeyd edib: “Bu, Sərsəng su anbarıdır. Tərəflər su resurlarından birgə istifadə edə bilsəydilər, bu, müsbət addım ola bilərdi”.
Trend.az