Minnesota ştatının qanunverici orqanı Azərbaycanın milli bayramı – Respublika Günü ilə bağlı qətnamə qəbul edib
ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü ilə bağlı qətnamə qəbul edib.
Qətnamədə 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqinin ilk demokratik respublikası olduğu və Azərbaycanın hətta ABŞ-dan da əvvəl – 1919-cu ildə qadınlara seçib-seçilmək hüququ verdiyi vurğulanır.
Sənəddə 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi və müstəqillik illərində ölkəmizin qlobal təhlükəsizlik və sabitlik üçün əhəmiyyətli bir regionda ABŞ-ın vacib tərəfdaşına çevrildiyi vurğulanır.
AzərTac.az