Millət vəkili həkimlərin kəndlərdə işləməsini həvəsləndirmək üçün xüsusi imtiyazlar verilməsini təklif edir

Posted by

Millət vəkili həkimlərin kəndlərdə işləməsini həvəsləndirmək üçün xüsusi imtiyazlar verilməsini təklif edirMillət vəkili həkimlərin kəndlərdə işləməsini həvəsləndirmək üçün xüsusi imtiyazlar verilməsini təklif edir

Millət vəkili həkimlərin kəndlərdə işləməsini həvəsləndirmək üçün xüsusi imtiyazlar verilməsini təklif edir

Həkimlərin kəndlərdə işləməyə həvəsləndirmək üçün onlara xüsusi imtiyazlar verilməlidir.

 

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Elmira Axundova deyib.

 

Millət vəkili qeyd edib ki, bəzi kəndlərdə feldşer-mama məntəqələrində həkimlər çatışmır: “Təklif edirəm ki, Tibb Universitetini bitirən kadrları təyinatla bu məntəqələrə göndərək. Çünki, bəzi kəndlərdə ya feldşer-mama məntəqələri yoxdur, ya da ümumiyyətlə burda vəziyyət pisdir. Buna xüsusi diqqət yetirməyi təklif edirəm. Təklif edirəm ki, həkimləri kəndlərdə işləməyə həvəsləndirmək üçün onlara yüksək maaş verilsin, xüsusi imtiyazlar nəzərdə tutulsun”.

 

E. Axundova texniki-peşə məktəblərinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görməyi vacib sayır.

 

Apa.az