Milli Məclisin Sosial siyasət komitəsinin iclasında DSMF-nin 2015-ci il üçün büdcəsi müzakirə olunur

Posted by

Milli Məclisin Sosial siyasət komitəsinin iclasında DSMF-nin 2015-ci il üçün büdcəsi müzakirə olunurMilli Məclisin Sosial siyasət komitəsinin iclasında DSMF-nin 2015-ci il üçün büdcəsi müzakirə olunur

Milli Məclisin Sosial siyasət komitəsinin iclasında DSMF-nin 2015-ci il üçün büdcəsi müzakirə olunur

Milli Məclisin Sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri müzakirə olunub.

 

“APA-Economics”in xəbərinə görə, DSMF-nin sədri Elman Mehdiyev qeyd edib ki, fondun 2015-cü ildəki gəlirləri 3,056 mlrd. manat həcmində proqnozlaşdırılır.

 

Bu, 2014-cü il ilə müqayisədə 127,8 mln. manat və ya 4,4% çoxdur.

 

Onun sözlərinə görə, gəlirlərin 63,8%-ni və ya 1,950 mlrd. manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bu da 2014-cü ilin proqnozuna nisbətən 9,5% və ya 169,8 mln. manata çoxdur.

 

DSMF sədri bildirib ki, gələn ilki proqnozlara əsasən daxiolmaların 64,2%-ni və ya 1,251 mlrd. qeyri-büdcə təşkilatlarının payına düşəcək. Bu da 2014-cü il ilə müqayisədə 11,7% və ya 131,3 mln. manat çoxdur.

 

Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 698,9 mln. manat təşkil edəcək. “Gözlənilən sair daxiolmalar 6,1 mln. manat təşkil edəcək”, – deyə E. Mehdiyev qeyd edib.

 

İcmal büdcənin tərkib hissəsi olan DSMF-nin büdcəsinin xərcləri 3 056,3 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 127,8 mln. manat və ya 4,4% çox, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 468 mln. manat və ya 18,1% çoxdur.

 

Apa.az