Milli Məclisin sentyabr ayı üçün iş təqvimi məlum olub
Bu gündən Azərbaycan Milli Məclisi payız sessiyası çərçivəsində işə başlayıb.
MM-dən APA-ya verilən məlumata görə, artıq sentiyabr ayı üçün parlament rəhbərliyinin və deputatların qəbul günləri müəyyənləşib. Komitələrin iclasları sentyabrın 15-dən başlayacaq, parlamentin ilk plenar iclası isə sentyabrın 30-da keçiriləcək. Bu, IV çağırış Milli Məclisin son sessiyası olacaq.
Qeyd edək ki, noyabrın 1-də V çağırış Milli Məclisə seçkilər keçiriləcək.
Apa.az