Milli Məclisin payız sessiyası başa çatıb

Posted by

Milli Məclisin payız sessiyası başa çatıb

Azərbaycan Milli Məclisi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət qəbul edib.

 

APA-nın məlumatına görə, müraciəti Milli Məclisin plenar iclasında deputat Sevinc Hüseynova oxuyub.

 

Müraciətdə bu günün əsasının Heydər Əliyev tərəfindən qoyulduğu və İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdiyi vurğulanır və dünya azərbaycanlıları daim həmrəy olmağa çağırılır.

 

Milli Məclis Həmrəylik Günü münasibətilə Azərbaycan prezidentinə də təbrik məktubu ünvanlayıb.