Milli Məclisin növbəti plenar iclası keçiriləcəkdir

Posted by

Milli Məclisin növbəti plenar iclası keçiriləcəkdir

Milli Məclisin növbəti plenar iclası keçiriləcəkdir

Milli Məclisin növbəti plenar iclası keçiriləcəkdir

Martın 4-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcəkdir.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə iclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcəkdir.

Milli Məclisin deputatları “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxacaqlar. Həmçinin Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə ediləcəkdir.

Deputatlar “Akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanun layihəsini ikinci oxunuşda nəzərdən keçirəcəklər.

 

AzərTac.az