Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilmişdir

Posted by

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilmişdir

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilmişdir

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilmişdir

İyunun 27-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim etmişdir.

Milli Məclisin sədri və deputatlar Prezident İlham Əliyevin iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında ölkəmizdə gedən islahatlar, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair dərin məzmunlu çıxışına görə dövlətimizin başçısına təşəkkürlərini bildirmişlər.

Prezident İlham Əliyevin sessiyada Azərbaycanı Avropaya layiqincə təqdim etdiyini deyən sədr dövlətimizin başçısının ölkəmizin beynəlxalq birliyin bərabərhüquqlu üzvü olduğunu sübut etdiyini vurğulamışdır. Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan öz müstəqil siyasətini aparan bir ölkədir. Bundan başqa, cənab İlham Əliyevin bu çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı haqlı olaraq öz Prezidenti ilə fəxr edir.

Sonra iclasda İnsan hüquqları üzrə müvəkkil haqqında Konstitusiya Qanununda, Şəhərsalma və Tikinti Məcəlləsində, Balıqçılıq haqqında qanunda dəyişikliklər edilmişdir. Həmçinin Azərbaycanın Əlcəzairdə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsi qəbul olunmuşdur. 2011-ci ilin oktyabrında Bakıda imzalanmış Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında Saziş təsdiqlənmişdir.

Bununla da Milli Məclisin növbədənkənar iclası başa çatmışdır.

 

AzərTac.az