Milli Məclisin nümayəndə heyəti Koreya Respublikasında səfərdədir

Posted by

Milli Məclisin nümayəndə heyəti Koreya Respublikasında səfərdədir

Milli Məclisin nümayəndə heyəti Koreya Respublikasında səfərdədir

Milli Məclisin nümayəndə heyəti Koreya Respublikasında səfərdədir

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Koreya Respublikasında səfərdədir.

Aprelin 9-dək davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Koreya Respublikası Milli Assambleyasının sədri Kanq Çanq-hi, onun müavini Park Byonq-sokun, Baş nazir Çunq Honq-von, ədliyyə naziri Hvanq Kyo-an, habelə Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və Seul şəhərinin rəhbərliyi ilə görüşlər nəzərdə tutulmuşdur.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Malik Həsənov, qrupun üzvləri Rauf Əliyev, Rüstəm Xəlilov, İmamverdi İsmayılov və Sədaqət Vəliyeva daxildir.

 

AzərTac.az