Milli Məclisin deputatı AŞPA-nın hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak edəcəkdir

Posted by

Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün mayın 25-dən 29-dək Finlandiyanın paytaxtı Helsinkidə səfərdə olacaqdır.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda “Avropa İnsan Haqları Məhkəməsinin səmərəliliyi və onun müstəqilliyinin gücləndirilməsi”, “Yerli monitorinq qurumlarının işgəncələrlə mübarizədə rolu”, “Məhkəmə sistemində rüşvətxorluğun qarşısının alınması və kökünün kəsilməsi”, “Avropada mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizədə mühüm vasitə olan şahidlərin qorunması” və digər mövzular diqqət mərkəzində olacaqdır. Məruzələr dinlənildikdən sonra ətraflı fikir mübadiləsi aparılacaqdır.

R.Hüseynov müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəkdir.

AzərTac.az