Milli Məclisdə MDB Parlamentlərarası Assambleyası komissiyasının iclası işə başlayıb

Posted by

Milli Məclisdə MDB Parlamentlərarası Assambleyası komissiyasının iclası işə başlayıbMilli Məclisdə MDB Parlamentlərarası Assambleyası komissiyasının iclası işə başlayıb

Milli Məclisdə MDB Parlamentlərarası Assambleyası komissiyasının iclası işə başlayıb

Oktyabrın 10-da Milli Məclisdə MDB Parlamentlərarası Assambleyasının (PA) mədəniyyət, informasiya, turizm və idman komissiyasının iclası işə başlayıb.

AzərTAc xəbər verir ki, iclasda üzv ölkələrin deputatları ilə yanaşı, ekspertlər və dövlət qurumlarının nümayəndələri də iştirak edirlər.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının iqtisadi siyasət komitəsinin üzvü Yevgeniy Tarlo, MDB PA Şurası Katibliyinin ekspert-analitik idarəsinin şöbə müdiri Konstantin Pşenko və Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Valeh Ələsgərov çıxış edərək iclasın işinə uğurlar arzulayıblar.

İclasda elektron hökumət, elektron sənədlərin transsərhəd informasiya mübadiləsi, xüsusi rabitə göndərişləri üzrə dövlətlərarası mübadilə, könüllülük, turizm fəaliyyəti, vicdan azadlığı, dini inanc və dini təşkilatlar, internetin tənzimlənməsinin əsasları haqqında model qanun layihələri ətrafında müzakirələr aparılır.

 

Trend.az