Milli Məclisdə keçirilən görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Posted by

Milli Məclisdə keçirilən görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Milli Məclisdə keçirilən görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Milli Məclisdə keçirilən görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Mayın 22-də Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurasının baş katibi Torbörn Yaqlandın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olduğunu və qurum qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirdiyini bildirmişdir. Cari ilin mayından Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə 6 ay müddətinə ilk dəfə sədrlik etməsinə diqqəti çəkən sədr bunun ikitərəfli əlaqələrin inkişafına töhfəsini verəcəyini demişdir.

Parlamentin sədri qeyd etmişdir ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu müddətdə iki dəfə bu quruma sədrlik etmişdir və ölkəmizin bu sahədə kifayət qədər təcrübəsi vardır. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyini də yüksək səviyyədə həyata keçirməyə çalışacaqdır.

O.Əsədov Azərbaycanın beynəlxalq təcrübələrə əsaslanan çox yaxşı qanunvericilik bazası olduğunu və bu sahədə Avropa Şurasının da daim ölkəmizə dəstək verdiyini qeyd etmişdir.

Torbörn Yaqland ölkəmizə səfərinin onda xoş təəssürat doğurduğunu qeyd etmişdir. O, Azərbaycanda çox sürətli inkişafın şahidi olduqlarını məmnunluqla vurğulamışdır. Səfər çərçivəsində müxtəlif görüşlər keçirdiklərini deyən qonaq, xüsusilə “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirmişdir. Torbörn Yaqland vurğulamışdır ki, ən müasir texnologiyalar əsasında fəaliyyət göstərən “ASAN xidmət” nadir bir təcrübədir və bu xidmət Avropa üçün yaxşı nümunə ola bilər.

Azərbaycanın bölgələrinə səfər etdiyini qeyd edən qonaq ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq və həmrəylik şəraitində yaşamasını yüksək qiymətləndirmişdir.

Azərbaycan ilə Avropa Şurası arasında imzalanmış yeni fəaliyyət planının əhəmiyyətinə toxunan T.Yaqland bu sənədin gələcək əməkdaşlıq üçün çox geniş imkanlar açacağını vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

 

AzərTac.az