Milli Məclisdə Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələri müzakirə olunmuşdur

Posted by

Milli Məclisdə Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələri müzakirə olunmuşdur

Milli Məclisdə Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələri müzakirə olunmuşdur

Milli Məclisdə Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələri müzakirə olunmuşdur

Mayın 19-da Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Əfqanıstan İslam Respublikasının Milli Assambleyasının ölkəmizdə səfərdə olan deputatlarından ibarət nümayəndə heyəti ilə görüşmüşlər.

AzərTAc xəbər verir ki, görüşdə komitənin sədr müavini Sevinc Fətəliyeva Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan, Azərbaycan ilə Əfqanıstan arasında dostluq münasibətlərinin inkişafından danışmışdır.

Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verən S.Fətəliyeva bildirmişdir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Rəsmi Yerevan beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymur.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan Əfqanıstan ilə parlamentlərarası əlaqələrə böyük önəm verir. Bu baxımdan Əfqanıstan deputatlarının Azərbaycana səfəri qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verəcəkdir.

Əfqanıstan parlamentinin yuxarı palatasının beynəlxalq əlaqələr komissiyasının rəhbəri Nisar Əhməd Hares ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu qeyd etmişdir. O, əməkdaşlığın inkişafında parlamentlərarası münasibətlərin rolunu xüsusi vurğulamışdır. N.Ə.Hares bu səfərin əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.

 

AzərTac.az