Milli Məclis komitələrinin birgə iclasında 2018-ci il dövlət büdcəsi haqqında layihənin müzakirəsi davam edir

Posted by

Noyabrın 13-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclası keçirilir.

İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunur.

Həmçinin iclasda “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə də baxılacaq.

AZƏRTAC