Milanda Azərbaycan şairlərinin şeirlərindən ibarət kitabın təqdimat mərasimi keçiriləcək

Posted by

Fevralın 7-də Milanda Cüzeppe Verdi Konservatoriyasının professoru Davide Qualtlerinin hazırladığı Azərbaycan şairlərinin şeirlərindən ibarət kitabın təqdimat mərasimi keçiriləcək.

Azərbaycan Yazıçılar Birliyindən (AYB) APA-ya verilən məlumata görə, mərasimdə AYB-nin katibləri – xalq şairi Fikrət Qoca və Rəşad Məcid iştirak edəcəklər: “Kitaba daxil edilən şeirlər əsasən Qarabağ mövzusundadır. Hər şeir Azərbaycan dilində olduğu kimi çap edilib, italyan dilinə tərcüməsi verilib. Şeirlərin bir çoxuna italyan bəstəkarları tərəfindən musiqi bəstələnib. Hətta 2013-cü ildə kitabın hazırlanması ilə birbaşa məşğul olan italyan həmkarlarımız iki dəfə Azərbaycanda da olublar. Bir dəfə də Azərbaycandan qatılan kiçik bir heyətlə Milan Konservatoriyasının müəllim və tələbələr ilə görüş keçirilib”.

Fevralın 8-də isə Cüzeppe Verdi Konservatoriyasında Azərbaycan və İtalya musiqiçiləri “Nuhun gəmisidir yer üzü” adlı musiqi proqramı ilə çıxış edəcəklər.

Apa.az