Mikayıl Cabbarov: Azərbaycanda dərsliklərin hazırlanmasında köklü dəyişikliklərə ehtiyac duyulur

Posted by

Azərbaycanda dərsliklərin hazırlanmasında köklü dəyişikliklərə ehtiyac duyulur. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin yekunlarına həsr olunan tədbirdə deyib.

Nazir qeyd edib ki, hazırda hər hansı bir dərsliyin hazırlanması üçün keçirilən tenderə müraciət edən iddiaçı müəlliflərdən birinin layihəsi keyfiyyət qane etməsə belə, qəbul edilməlidir: “Məsələn, VII sinif üçün “İngilis dili” dərsliyi hazırlanır. Müəllif iddiasında olan hər kəs öz dərsliyini təqdim edə bilər. Əgər bunun üçün 3 müəllif qrupu müxtəlif dərsliyi təqdim edibsə, biz onlardan birini seçmək məcburiyyətindəyik. Hətta onlardan heç birinin dərsliyi bizim tələblərimizə cavab verməsə və gözləntilərimizi doğrultmasa belə, 3 dərslikdən birini seçməliyik. Seçmədiyimiz təqdirdə sentyabrın 15-də “İngilis dili” dərsliyi olmayacaq”.

M.Cabbarov əlavə edib ki, artıq bu sistem optimallaşdırılmalı və təkmilləşdirilməlidir. Dərsliyin keyfiyyətinin yuxarı həddi yalnız tender prosesində iştirak edən müəlliflər tərəfindən məhdudlaşmamalıdır: “Bir sıra fənlər üzrə dərsliyin hazırlanması ilə bağlı cəmi 1 və ya 2 təklif alırıq. Ona görə də hər zaman dərslik müəlliflərinin sayının artırılması və keyfiyyətə yönəlmiş işlərdən danışırıq”.

M.Cabbarov qeyd edib ki, yaxın müddətdə – yeni tədris ili başlamadan öncə növbəti illər üçün dərsliklərlə bağlı qəbul ediləcək qərarlar barədə ictimaiyyət məlumatlandırılacaq.

Trend.az