Mehriban Əliyeva: Milli Konservatoriyanın yeni binasının açılışı ölkəmizin milli mədəniyyətinin inkişafına böyük təkan verəcək

Posted by

Azərbaycan Milli Konservatoriyasının yeni binasının açılışı böyük hadisədir və ölkəmizin milli mədəniyyətinin inkişafına böyük təkan verəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı zamanı çıxışında bəyan edib.

Qeyd edək ki, fevralın 13-də Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Mehriban Əliyeva deyib: “Mən Sizin hamınızı bu Milli Konservatoriyanın açılışı münasibətilə ürəkdən təbrik edirəm. Əlbəttə, böyük bir hadisədir. Əminəm ki, ölkəmizin milli mədəniyyətinin inkişafına böyük bir təkan verəcək”.

Azərbaycanın birinci xanımı görkəmli mədəniyyət xadimlərinə müraciət edərək onlara dərin hörmətini və məhəbbətini bildirib:

“Sizinlə bizim hər görüşümüz, ünsiyyətimiz mənim üçün çox dəyərlidir. Bu gün biz çox sözlər eşitdik. Bütün bunların hamısı həqiqətdir. Amma mən bir şeyi də qeyd etmək istərdim ki, siz hamınız əlbəttə, böyük incəsənət xadimisiniz. Amma bununla yanaşı, siz böyük şəxsiyyətsiniz. Sizin məhz Prezident dediyi kimi, Azərbaycan xalqının ən gözəl ənənələrinə sadiq olmağınız, həyat tərziniz, təvazökarlığınız həm gənclər, həm də ümumiyyətlə, Azərbaycan cəmiyyəti üçün çox böyük əhəmiyyət daşıyır. Ona görə bizim cəmiyyətdə ümumbəşəri dəyərlərin yaşaması, – çünki bu, doğrudan da bu gün çox vacibdir, – humanizm dəyərlərinin yaşaması üçün mən sizə cansağlığı və uzun ömür arzulayıram. Mən də hər zaman əlimdən gələni etməyə hazıram. Sizə cansağlığı diləyirəm”.

Qeyd edək ki, görüşdə tanınmış mədəniyyət xadimləri Azərbaycan milli mədəniyyətinin inkişafına və onun dünyada təbliğinə verdikləri böyük töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Trend.az