Mədət Quliyev: “Bakının mərkəzində bir dənə də cəzaçəkmə müəssisəsi qalmayacaq”

Posted by

Mədət Quliyev: "Bakının mərkəzində bir dənə də cəzaçəkmə müəssisəsi qalmayacaq"Mədət Quliyev: “Bakının mərkəzində bir dənə də cəzaçəkmə müəssisəsi qalmayacaq”

Mədət Quliyev: "Bakının mərkəzində bir dənə də cəzaçəkmə müəssisəsi qalmayacaq"

Bakının mərkəzində bir dənə də cəzaçəkmə müəssisəsi qalmayacaq. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev bildirib.

 

Onun sözlərnə görə, dünyanın heç bir dövlətində cəzaçəkmə sisteminə Azərbaycandakı kimi yüksək səviyyədə diqqət yoxdur: “Bu, dövlətimizdə gedən quruculuq işlərinin, inkişafın nəticəsidir. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində yeni cəzaçəkmə müəssisələrinin tikintisi üçün maddi vəsait ayrılıb. 10 cəzaçəkmə müəssisəsindən 3-ü artıq inşa edilərək istifadəyə verilib, digər 7-si isə tikilmək üzrədir. Biz çalışacağıq ki, Bakı şəhərinin mərkəzində yerləşən bütün cəzaçəkmə müəssisələrini şəhərdən kənara çıxaraq”.

 

M.Quliyev bildirib ki, prosesin nə vaxta başa çatacağı maliyyələşmədən asılıdır: “Lənkəranda inşa edilən cəzaçəkmə müəssisəsi qısa zamanda, təxminən 1 ilə istifadəyə veriləcək. Sonra Qadın və Tərbiyə müəssisələri köçürüləcək. Bu məqsədlə paytaxtın Sabunçu rayonunda tikinti işləri aparılır. Hesab edirəm ki, 5 il ərzində onların hamısı mərhələlərlə şəhərdən kənara köçürüləcək”.

 

Trend.az