Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağsuda vətəndaşları qəbul edib

Posted by

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağsuda vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağsuda vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağsuda vətəndaşları qəbul edib

Martın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağsu şəhərində Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz, Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, qəbula yazılmış 30-dək vətəndaş müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini nazirə çatdırıblar.

 

Müraciətlərin əksəriyyəti sözügedən rayonlardakı mədəniyyət ocaqlarının fəaliyyəti, tarixi-mədəni irsin qorunması, turizm sahəsinin inkişaf etdirilməsi ilə bağlı olub. Orta əsr Ağsu şəhər yerinin qoruq elan edilməsi, Şamaxı rayonunun Kələxana kəndində türbələrin, Oğuz rayonunun Kərimli kəndi ərazisində yerləşən kurqanların təmir-bərpası, Qobustan rayonunda xalçaçılıq sexinin açılmasına yardım göstərilməsi kimi məsələlər qaldırılıb. Bölgədəki mədəniyyət müəssisələrində ixtisaslı kadrların çatışmadığı, musiqi məktəblərində yeni şöbələrin açılmasının zərurəti də diqqətə çatdırılıb. Turizmlə bağlı təşəbbüslər – Qəbələ şəhərində turizm informasiya mərkəzinin yaradılması, Şamaxı şəhərində suvenir dükanının açılması, Oğuz rayonu Xalxal kəndində turizm rekreasiya zonasının təşkili və digər təkliflər də səsləndirilib.

 

Ə.Qarayev bütün xahiş, təklif və təşəbbüslərin nəzərdən keçiriləcəyini, müvafiq tədbirlər görüləcəyini deyib.

 

Nazir bildirib ki, tarixi abidələrin bərpası ilə bağlı məsələ hər zaman prioritetdir: “Azərbaycanın bu bölgəsi tarixi abidələrlə zəngindir. Onların bir qismi təmir-bərpa olunsa da, digərlərinin də restavrasiyaya ehtiyacı var və bu istiqamətində müvafiq dövlət proqramına əsasən işlər görüləcək”.

 

Nazir ayrı-ayrı vətəndaşların sosial məsələlər, işlə bağlı müraciətlərinin də nəzərdən keçiriləcəyini və mümkün olduğu qədər onların həllinə köməklik göstəriləcəyini bildirib.

 

Apa.az