MDB ölkələrinin ekspertləri Minskdə insan alveri ilə mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəkdir

Posted by

Aprelin 8-9-da Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizədə əməkdaşlıq konsepsiyası layihəsinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir. Bu barədə AzərTAc-a qurumun Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat verilmişdir.

Sənəd MDB-nin iştirakçısı olan dövlətlərin 2011-2013-cü illərdə insan alverinə qarşı mübarizədə əməkdaşlıq proqramı çərçivəsində işlənib hazırlanmışdır.

Konsepsiyanın məqsədi Birlik ölkələrinin insan alverinə qarşı mübarizədə əməkdaşlığını genişləndirmək və möhkəmləndirməkdir. MDB-nin iştirakçısı olan dövlətlərin ərazilərində insan alveri ilə bağlı cinayətlərin qarşısının alınması sahəsində əməkdaşlığın təkmilləşdirilməsi beynəlxalq birliyin bu təhlükəli transmilli cinayətlərə qarşı müqavimət üzrə səylərinin daha da gücləndirilməsinin əsas istiqamətlərindən biridir. Bundan əlavə, belə qarşılıqlı fəaliyyət dövlətlərdə sosial əhəmiyyətli milli prioritetlərin həyata keçirilməsinə fəal şəkildə dəstək göstərməlidir.

Konsepsiya layihəsi ekspertlər səviyyəsində artıq ikinci dəfə müzakirə olunacaqdır. AzərTAc-ın xəbər verdiyi kimi, birinci müzakirə bu ilin fevralında Minskdə olmuşdur. Müzakirədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna və Ermənistanın, habelə MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası Katibliyinin, Sərhəd Qoşunları Komandanları Şurasının Əlaqələndirmə Xidmətinin, Baş Prokurorların Əlaqələndirmə Şurasının, Daxili İşlər Nazirləri Şurasının, Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətlər Şurasının, Antiterror Mərkəzinin və Birliyin İcraiyyə Komitəsinin nümayəndələri iştirak etmişlər.

Ekspertlər dövlətlərdən daxil olan düzəlişləri nəzərə almaqla konsepsiya layihəsini əsasən təkmilləşdirmiş və bütövlükdə razılaşdırmış, görüşün materiallarını tamamlanması və nəzərdən keçirilməsi üçün MDB ölkələrinə, qurumun əlaqədar orqanlarına göndərməyi qərara almışlar. Daxil olan təklif və iradlar ekspert qrupunun ikinci iclasında müzakirə ediləcəkdir.

AzərTac.az