MDB ölkələri Naxçıvanda sənayedə təhlükəsizlik məsələlərinmi müzakirə edəcəklər
Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə 16-17 sentyabr tarixlərində Naxçıvan Muxtar Respublikasında Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclası keçiriləcək.
Trend-in FHN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasın keçirilməsində əsas məqsəd üzv ölkələr arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və bu istiqamətdə əldə edilmiş təcrübələrdən birgə yararlanmaq perspektivləri ətrafında fikir mübadiləsi aparmaqdır.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Moldova, Tacikistanın müvafiq qurumlarının rəhbərləri, MDB İcraiyyə Komitəsinin və BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndələri iştirak edəcəklər.
Trend/az