MDB daxilində terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığa dair layihələr müzakirə edilib
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti toplantısı gələn ilin aprelində Moskva şəhərində keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə şuranın oktyabrın 24-də Minskdə keçirilən iclasında qərar qəbul olunub. İclasda Suriya və Əfqanıstanda vəziyyət müzakirə olunaraq MDB ölkələrinin yeni təhdid və təhlükələrə qarşı əməkdaşlığını inkişafı müzakirə edilib.
Toplantıda 2015-ci ildə Böyük Vətən müharibəsində qələbənin yubileyinin bayram edilməsi məsələsinə xüsusi diqqət yetirilib. Müvafiq tədbirlər planının layihəsi MDB dövlət başçıları Şurasının təsdiqinə veriləcək.
Terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya ilə mübarizə sahəsində çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş orta müddətli proqramların layihələri, eləcə də vahid dövlət radiolokasiya sisteminin inkişafı Konsepsiyasını və üzv ölkələrin silahlı qüvvələrinin mühəndis bölmələri üçün hərbi kadrların hazırlığı üzrə baza təşkilatı haqda qərar bəyənilib.