Müdafiə naziri Qırğızıstana rəsmi səfərə gedib

Posted by

Müdafiə naziri Qırğızıstana rəsmi səfərə gedibMüdafiə naziri Qırğızıstana rəsmi səfərə gedib

Müdafiə naziri Qırğızıstana rəsmi səfərə gedib

Mayın 31-də Azərbaycan Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstanın Müdafiə naziri Abibilla Kudayberdiyevin dəvəti ilə Qırğızıstana rəsmi səfərə gedib.

 

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

 

Müdafiə Nazirliyində aparılacaq danışıqlar zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

 

Səfər iyunun 2-dək davam edəcəkdir.

 

Trend.az