Müdafiə naziri ictimaiyyətin bir qrup nümayəndəsi ilə görüşüb

Posted by

Müdafiə naziri ictimaiyyətin bir qrup nümayəndəsi ilə görüşübMüdafiə naziri ictimaiyyətin bir qrup nümayəndəsi ilə görüşüb

Müdafiə naziri ictimaiyyətin bir qrup nümayəndəsi ilə görüşüb

Avqustun 27-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində yaxından iştirak edən ictimaiyyətin bir qrup nümayəndəsi ilə görüşüb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan general-polkovnik Zakir Həsənov ordu quruculuğu məsələlərinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daim diqqətdə saxladığını nəzərə çatdıraraq son dövrlərdə ictimaiyyət nümayəndələrinin cəbhəboyu zonalara səfərlərinin vacibliyini qeyd edib. O, belə tədbirlərin keçirilməsinin şəxsi heyətin və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalinin böyük ruh yüksəkliyinə səbəb olduğunu xüsusi vurğulayıb.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, paralimpiya çempionu İlham Zəkiyev, “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev çıxış edərək səfərlərin təşkilində dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Onlar ön səngərdə xidməti vəzifələrini şərəflə yerinə yetirən hərbi qulluqçuların Vətənin keşiyində ayıq-sayıq dayanmasından, hər gün Ermənistan silahlı bölmələrinin təxribatlarına layiqli cavab verməsindən, ordumuzun maddi-texniki bazasının, sosial-məişət şəraitinin və şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olmasından qürur duyduqlarını ifadə edərək təkliflərini diqqətə çatdırıblar.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

AZƏRTAC