Mübariz Əhmədoğlu: Ermənistan konstitusiya ilə deyil, Qərb səfirlərinin təlimatı ilə idarə olunur

Posted by

Mübariz Əhmədoğlu: Ermənistan konstitusiya ilə deyil, Qərb səfirlərinin təlimatı ilə idarə olunur

 

Mübariz Əhmədoğlu: Ermənistan konstitusiya ilə deyil, Qərb səfirlərinin təlimatı ilə idarə olunur

Mübariz Əhmədoğlu: Ermənistan konstitusiya ilə deyil, Qərb səfirlərinin təlimatı ilə idarə olunur

 

Aparıcı Qərb ölkələrinin səfirləri Ermənistandakı paralel iqtisadiyyatın yaranmasında aktivliklərini davam etdiriblər. ABŞ-ın Ermənistandakı səfiri Con Heffern pensiya sisteminə yığım fondlarının müzakirəsi zamanı hökumətin iclasında iştirak etdi, çıxış edərək yığım fondlarının yaradılmasını dəstəklədi. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Ermənistanın ictimai siyasi mühiti C.Hefferni ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi, onu Ermənistan hökumətinin ştatdankənar vəkili adlandırdılar: “İşin ən qəribəsi odur ki, Ermənistan Konstitusiya Məhkəməsinin pensiya müavinəti sisteminə yığım fondları ilə bağlı qərarı bəllidir. Konstitusiya Məhkəməsi yığım fondlarının fəaliyyətinə icazə vermədi. Ermənistan Prezidenti və Baş nazirinin yığım fondlarının fəaliyyətə başlamasını dəstəkləmələrini başa düşmək olar. Lakin xarici ölkə səfirinin hökumətin işinə qarışması, xüsusilə antikonstitusion addımlar atmasını Ermənistan rəhbərliyi ilə ABŞ səfiri arasında olan etimadın, siyasi iradənin göstəricisi kimi başa düşmək olar. S.Sarkisyanın Qərbə yaxınlaşması və onun bu addımının Qərb tərəfindən müsbət qarşılanması indiki dövrdə Ermənistanın apardığı siyasəti əsas xarakterizə edən keyfiyyətdir”.

Politoloq qeyd edib ki, Ermənistanın Baş naziri Tiqran Sarkisyan Ermənistanın dağ-mədən sənayesinin İrana yönəlik inkişafı layihəsini Dünya Bankının Ermənistan üzrə nümayəndəsi ilə müzakirə etdi. Müzakirədə ABŞ, Almaniya və Böyük Britaniyanın Ermənistandakı səfirləri də iştirak etdi: “Dünya Bankı “Doing Business” məruzəsində Ermənistanın tərəqqi əldə etməsinə kömək edəcəyini bildirdi. 2013-cü ildə Ermənistanın iqtisadi artım tempi ilə bağlı proqnozunu azalma istiqamətində 3 dəfə dəyişən Dünya Bankının bu addımı siyasidir. Birincisi, Azərbaycan bu məruzədə həmişə yüksək yer tutur və Azərbaycan Prezidenti yeri gələndə bu məruzəyə istinad edir. İndi Dünya Bankı Azərbaycanın acığına Ermənistana da yüksək reytinq “yazmaq” istəyir. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Ermənistanda reallaşdırdığı layihələr, ayırdığı kreditlər tam korrupsiyaya məruz qalıblar. Bu və ya digər baxımdan Dünya Bankı Ermənistanda “iqtisadi uğuru” reklam etməlidir”.

Politoloqun sözlərinə görə, ABŞ hərbiçiləri Ermənistan ordusuna təlim verməkdə davam edirlər.

 

Trend.az