Mayda Azərbaycanla ATƏT arasında gələcək əməkdaşlığın prioritetləri müzakirə ediləcək

Posted by

Mayda Azərbaycanla ATƏT arasında gələcək əməkdaşlığın prioritetləri müzakirə ediləcək

Mayda Azərbaycanla ATƏT arasında gələcək əməkdaşlığın prioritetləri müzakirə ediləcək

Mayda Azərbaycanla ATƏT arasında gələcək əməkdaşlığın prioritetləri müzakirə ediləcək

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə insan hüquqları sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

E.Süleymanova ATƏT ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığa önəm verdiyini vurğulayıb.

O, Avropa Şurasının və Avropa İttifaqının həyata keçirdiyi layihələrdə, o cümlədən Tvinninq və Şərq tərəfdaşlığı layihələrində ombudsman təsisatının fəal iştirak etdiyini, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyini söyləyib.

Müvəkkil qonağa son illər ölkədə insan hüquqlarının qorunması sahəsində görülən işlər haqqında geniş məlumat verib.

E.Süleymanova şəbəkə şəklində əlaqəli fəaliyyət göstərməyi, dövlət qurumları, QHT-lər və media nümayəndələri üçün birgə seminarların təşkilini, donor təşkilatların maliyyə yardımlarının ən zəruri məqsədlərə yönəldilməsini, maarifləndirici seminarlara nəzəri və praktiki biliyi ilə tanınan beynəlxalq ekspertlərin dəvət edilməsini, təcrübə və fikir mübadiləsinin aparılmasını təklif edib.

O, həmçinin bu il 18 iyun tarixində Milli İnsan Hüquqları gününə həsr ediləcək “Qadın hüquqlarının təmin olunmasında Milli İnsan Hüquqları Təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq Konfransının keçiriləcəyi açıqlayib.

A.Şahtaxtinski ATƏT-in Bakı ofisinin Azərbaycan ombudsmanı ilə əməkdaşlıqda maraqlı olduğunu, insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Səfir cari ilin may ayında dövlət qurumları ilə keçiriləcək birgə toplantıda gələcək əməkdaşlığın prioritetlərinin müzakirə ediləcəyini söyləyib. O, əsas istiqamətlər kimi işgəncələrin qarşısının alınması, azadlıqdan məhrumetmə yerlərinin monitorinqi, penitensiar sistemdə çalışan əməkdaşlar üçün maarifləndirmə tədbirlərinin keçirilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsini qeyd edib.

ATƏT rəsmisi insan hüquqlarının təmin edilməsi sahəsində qarşılıqlı əlaqələrin faydalı olduğunu, hər iki tərəfin öz imkanlarından səmərəli istifadə etməklə birgə layihələr həyata keçirəcəyini, müvəkkilin təkliflərinin müsbət qarşıladığını, ombudsman təsisatının fəaliyyətinə dəstək veriləcəyini diqqətə çatdırıb.

A.Şahtaxtinski gələcək əməkdaşlığın insan hüquqlarının müdafiəsi istiqamətində səylərin daha da artırılmasında mühüm rol oynayacağını ifadə edib.

 

Trend.az