“Müasir Amerikada İslam: miflər və reallıqlar”

Posted by

"Müasir Amerikada İslam: miflər və reallıqlar"“Müasir Amerikada İslam: miflər və reallıqlar”

"Müasir Amerikada İslam: miflər və reallıqlar"

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində ABŞ-ın Nyu York şəhərində “Müasir Amerikada İslam: miflər və reallıqlar” mövzusunda simpozium keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Sərhədsiz Din” təşkilatı tərəfindən həyata keçirilən layihə çərçivəsində reallaşdırılan tədbirdə 30-dan artıq müxtəlif din və mədəniyyətlərin nümayəndəsi iştirak edib.

Toplantının əsas müzakirə mövzusu ABŞ ictimaiyyətində İslam dini ilə bağlı formalaşmış süni rəy olub. Eyni zamanda, simpoziumda ABŞ-da medianın dini məsələlərə mövcud münasibətinin vəziyyəti də müzakirə edilib. Tədbirdə qeyd olunub ki, 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ mətbuatının çoxunda İslam yalnış şəkildə – sülhpərvər olmayan din kimi təqdim olunur.

Simpoziumda ilk olaraq tədbir iştirakçılarına ABŞ mətbuatının İslam dinini ziddiyətli, qeyri-obyektiv şəkildə təqdim etməsinə dair maraqlı faktların əksini tapdığı film nümayiş olunub. Sonra tədbir iştirakçıları nümayiş olunan video haqqında, habelə hazırkı dövrdə ABŞ-da İslam haqqında mövcud olan stereotiplər barədə fikirlərini bölüşüblər.

Toplantıda İslamın sülh, mərhəmət, dostluq dini olduğu bildirilib və islamofobiyaya qarşı mübarizənin vacibliyi vurğulanıb. Simpozium iştirakçıları qeyd ediblər ki, müəyyən neqativ hallardan sui-istifadə etməyə çalışan maraqlı dairələrin İslam dininə qarşı apardığı siyasət ABŞ cəmiyyətinin gələcəyi üçün ciddi təhlükə doğurur. Toplantıda islamofobiyanın doğurduğu zərərdən bütün dinlərin nümayəndələrinin əziyyət çəkdiyi bildirilib və ABŞ ictimaiyyətində İslam dininə münasibətdə mövcud olan problemlərin aradan qaldırılmasının mexanizmləri müzakirə olunub.

 

Trend.az