Marneulidə “Azərbaycanlı gənclərin NATO və Avropa İttifaqı haqqında məlumatlandırılması” layihəsinə yekun vurulub

Posted by

Marneulidə "Azərbaycanlı gənclərin NATO və Avropa İttifaqı haqqında məlumatlandırılması" layihəsinə yekun vurulubMarneulidə “Azərbaycanlı gənclərin NATO və Avropa İttifaqı haqqında məlumatlandırılması” layihəsinə yekun vurulub

Marneulidə "Azərbaycanlı gənclərin NATO və Avropa İttifaqı haqqında məlumatlandırılması" layihəsinə yekun vurulub

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində NATO İnformasiya Mərkəzi, Rumıniyanın Gürcüstandakı səfirliyi və Marneuli Gənclər Mərkəzinin (MGM) birgə layihəsi əsasında NATO rəsmiləri ilə azərbaycanlı gənclərin görüşü keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, NATO İnformasiya Mərkəzinin direktor müavini Tamar Medulaşvili, Rumıniyanın Gürcüstandakı səfirliyinin I katibi Radu Qorinçoi, Gürcüstanın Avropa və Avroatlantika strukturlarına inteqrasiya məsələləri üzrə dövlət nazirliyinin departamentinin aparat direktoru Nata Koridze, Gürcüstan Barışıq və Vətəndaş inkişafı məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı və Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili iştirak ediblər.

 

Görüşdə “Marneulidə yaşayan gənclərin NATO və Avropa İttifaqı (AB) haqqında məlumatlandırılması” layihəsi çərçivəsində intellekt yarışmasına yekun vurulub. Yarışmada Marneulidə fəaliyyət göstərən Azərbaycan dilli orta məktəblərdən Sadaxlı, Qasımlı, Ağməmmədli, Alget, Qullar-Qırxılı, Qaçağan və Marneuli məktəblərindən ümumilikdə 210 şagird iştirak edib. Nəticədə finala 35 nəfər (7 komanda) çıxıb.

 

Tədbirin sonunda Qaçağan, Alget və Qasımlı məktəbliləri I, II və III yerlərə layiq görülüblər. Sonda NATO rəsmiləri və dövlət qurumlarının nümayəndələri qalibləri mükafatlandırıblar.

 

Rumıniyanın Gürcüstandakı səfirliyinin I katibi R. Qorinçio APA-ya açıqlamasında yarışda iştirak edən azərbaycanlı şagirdlərin bilik səviyyəsini bəyəndiyini və belə yarışların davam etdirilməsinin vacibliyini vurğulayıb: “Biz çox şadıq ki, azərbaycanlı şagirdlər NATO və Avropa İttifaqı haqqında kifayət qədər məlumatlıdırlar. Onlar demək olar ki, bütün suallara yüksək səviyyədə cavab verdilər. Biz gördük ki, bu şagirdlərlə MGM ətraflı iş aparıb və onların layiqli şəkildə hazırlaşmasına kömək edib. Biz istərdik ki, bu yarışlar səfirliyimizin dəstəyi ilə davam etdirilsin. Çünki bölgələrdə yaşayan gənclərin məlumatlandırılması, onların hərtərəfli inkişafı və yüksək səviyyədə hazırlığı vacibdi. Arzu edirik ki, onlar gələcəkdə yaşadıqları bölgələrdə Gürcüstanın inkişafı və uğuru naminə çalışsınlar”.

 

Apa.az