Maliyyə Nazirliyi ilk dövlət istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlayıb
Azərbaycan Maliyyə Nazirliyi 2014-cü ildə ilk (debüt) dövlət istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlayıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Maliyyə Nazirliyi 2014-cü il ərzində ABŞ dollarında ifadə olunan dövlət istiqrazlarının ilk emissiyası ilə bağlı “Barclays”, “Deutsche Bank” və “Citi” banklarını səlahiyyətləndirib. Müvafiq olaraq 2014-cü il 3 mart tarixindən başlayaraq bir sıra investorlarla görüşlərin təşkili nəzərdə tutulur.
Azərbaycan dünyanın aparıcı üç kredit reytinq agenliyinin – “Fitch” (BBB-), “Moody`s” (Baa3) və “Standard & Poor`s” (BBB-) tərəfindən investisiya səviyyəli kredit reytinqinə malikdir.
Trend.az