Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb
Sentyabrın 12-də Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Malayziyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Mohammad Najib Tun Abdul Razakı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.
AzərTac.az