Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri yaxın günlərdə açıqlanacaq

Posted by

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələrini yaxın günlərdə açıqlayacaq.

Komissiyadan Trend-ə verilən məlumata görə, hazırda imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Eyni zamanda, yazı işlərinin yoxlanılmasına başlanılıb. Bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi Bakı, Gəncə və Naxçıvan şəhərlərində ümumilikdə 16 imtahan mərkəzində həyata keçirilib. Bütün imtahan mərkəzlərində imtahan təlimata uyğun keçirilib və bakalavrların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtlərini ödəmiş bakalavrlar 2014-cü il mayın 29-dan iyunun 1-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

2014-2015-ci tədris ili üçün magistraturaya qəbul aparılan ixtisaslaşmalar və digər zəruri məlumatlar “Magistr” jurnalının 4-cü sayında dərc olunub.

Trend.az