Macarıstanın xarici işlər naziri Bakıda əməkdaşlıq məsələlərini müzakirə edəcək

Posted by

Macarıstanın xarici işlər naziri Bakıda əməkdaşlıq məsələlərini müzakirə edəcəkMacarıstanın xarici işlər naziri Bakıda əməkdaşlıq məsələlərini müzakirə edəcək

Macarıstanın xarici işlər naziri Bakıda əməkdaşlıq məsələlərini müzakirə edəcək

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Bakıda ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.

Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora Trend-ə bildirib ki, nazirin səfəri noyabrın 3-4-nə nəzərdə tutulub.

Səfərin proqramı diplomatik kanallar üzrə dəqiqləşdirilir. P.Siyartonun Bakıda iki ölkə arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Səfir daha əvvəl qeyd etmişdi ki, ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün nəhəng potensial mövcuddur: “Macarıstan şirkətləri Azərbaycan bazarına Avropa İttifaqının məlum sanksiyaları fonunda Rusiya bazarına alternativ kimi baxırlar. Firmalarımız Macarıstanın yüksək keyfiyyətli ərzaq məhsulları, xüsusilə, ölkənizdə böyük marağın olduğu pendir və kolbasa məmulatları, konserv məhsulları ilə Azərbaycan bazarına çıxmağa hazırdırlar”.

Macar diplomat deyib ki, hər iki ölkənin hökumətləri hazırda mövcud potensiala heç də tam uyğun gəlməyən ikitərəfli əmtəə dövriyyəsinin artırılmasında maraqlı olduqlarını dəfələrlə ifadə ediblər: “İstifadə edilməsi zəruri olan yaxşı potensial mövcuddur”.

 

Trend.az