Macarıstana TürkPA-da müşahidəçi statusu verildi

Posted by

Macarıstana TürkPA-da müşahidəçi statusu verildi

Macarıstana TürkPA-da müşahidəçi statusu verildi

Macarıstana TürkPA-da müşahidəçi statusu verildi

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Bakıda keçirilən 5-ci plenar iclasında Macarıstana qurumda müşahidəçi statusu verilib.

Trend xəbər verir ki, iclasa sədrlik edən Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, belə bir təklif Macarıstanın öz rəsmi xahişi ilə gündəliyə daxil edilib. Onun sözlərinə görə, bu məsələ uzun zamandır üzv ölkələr arasında müzakirə olunur.

Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib və Macarıstana TürkPA-da müşahidəçi statusu verilib. İclasda iştirak edən Macarıstan parlamentinin sədr müavini Sandor Lezsak üzv ölkələrə təşəkkürünü bildirib və Macarıstanın bu etimadı doğruldacağına söz verib.

Bundan əlavə, iclasda çıxış edən Qırğızıstan Parlamentinin sədri Asilbek Jeenbekov deyib ki, TürkPA-ya üzv olan dövlətlər ortaq tarixi keçmişə, ortaq mədəniyyətə, ortaq dilə malikdirlər: “Ata-babalarımız bunları bizə miras qoyub gediblər, ona görə biz xüsusilə, ortaq dilimizi öyrənməli və onu yad təsirlərdən xilas etməliyik”.

Onun sözlərinə görə, TürkPA-ya daxil olan dövlətlərin bütün məsələlərdə bir yerdə olması və birgə addımlar atması gözəl nəticələr verir və gələcəkdə də daha gözəl nəticələrin əldə edilməsinə yol açır.

Qazaxıstan Parlamentinin sədri Kabibullah Djakukov isə qeyd edib ki, TürkPA-nn ilk iclası 5 il öncə Azərbaycanda keçirilib və ötən müddət ərzində çox böyük işlər görülüb.

Onun fikrincə, bütün bunlara baxmayaq TürkPA-nın görəcəyi işlər də daha çoxdur.

Qazaxıstan Parlamentinin sədri əlavə edib ki, bu gün dünyada davam edən iqtisadi böhran, o cümlədən ekoloji problemlər də TürkPA-nın diqqətində, gündəmində saxlanmalıdır. Bu baxımdan o, xüsusilə ekoloji problemlərin önə çəkilməsinin vacibliyini vurğulayaraq ki, TürkPA-nın nəzdində ekologiya və təbii sərvətlər komissiyası yaradılmasını təklif edib.

 

Trend.az