Macar jurnalistlər Qarabağ müharibəsi barədə filmin çəkilişlərinə hazırlıq məqsədi ilə Tərtərdə olublar

Posted by

Macarıstanın İnformasiya-Kommunikasiya Fondunun jurnalistləri Qarabağ müharibəsindən bəhs edən filmin çəkilişlərinə hazırlıq məqsədi ilə Tərtər rayonunda olublar.

Trend EL TV-yə istinadən xəbər verir ki, macar jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun Peşə Təlimi Mərkəzində peşə hazırlığı ilə məşğul olan məcburi köçkünlərlə görüşüblər. Görüş zamanı jurnalistlər Qarabağ müharibəsində ermənilərin həmyerlilərimizə qarşı törətdikləri vəhşiliklərlə bağlı məlumatlar əldə ediblər.

Macarıstanlı jurnalist Holvard Adam bu film vasitəsilə Qarabağ həqiqətlərini dünyaya çatdırmaq niyyətində olduqlarını bildirib.

Macar qonaq filmin baş vermiş həqiqətlər üzərində qurulacağını və bu səbəbdən də hazırkı səfərinin məkan seçmək üçün tanışlıq məqsədi daşıdığını bildirib.

Macarıstanlı jurnalistlərin bildirdiyinə görə, böyük bir çəkiliş qrupu filmin çəkilişlərinə başlamaq üçün yaxın vaxtlarda təkrar Azərbaycana gələcək.

Trend.az