Londonda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümünə həsr olunan ziyafət təşkil edilib

Posted by

Londonda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümünə həsr olunan ziyafət təşkil edilib

Londonda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümünə həsr olunan ziyafət təşkil edilib

Londonda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümünə həsr olunan ziyafət təşkil edilib

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nəzdindəki Hərbi Attaşelik Aparatının təşkilatçılığı ilə Londonda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümünə həsr olunan rəsmi ziyafət təşkil edilib.

 

Səfirlikdən APA-ya verilən məlumata görə, mərasimdə Böyük Britaniyanın beynəlxalq təhlükəsizlik strategiyası üzrə dövlət naziri Andryu Murrison, Baş Qərargah rəisinin müavini, general-polkovnik Jeyms Everard, Müdafiə Nazirliyinin generalları və rəsmiləri, Lordlar Palatası və parlamentin nümayəndələri, Londonda akkreditə olunmuş bir sıra dövlətlərin səfirləri və hərbi attaşeləri, bu ölkədəki azərbaycanlı icmasının üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Fəxrəddin Qurbanov Azərbaycan hökumətinin milli ordu quruculuğuna yüksək diqqət və qayğısından bəhs edib. Səfir ölkəmizin müstəqilliyini bərpa etməsindən keçən müddət ərzində görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan milli ordusunun regionun ən güclü ordusuna çevrildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Londondakı hərbi attaşesi, polkovnik-leytenant Vüqar Əhmədov Silahlı Qüvvələrin yaranması tarixindən, müstəqilliyin bərpasından sonrakı ilk dövrlərdə çətin ordu quruculuğundan danışıb, hazırda isə ölkənin ərazi bütövlüyünü tam təmin etməyə qadir güclü ordunun mövcud olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və Azərbaycan Silahlı Qüvvələrinin 80 faizi bu gün səngərlərdədir. Bu gün işğal vəziyyəti nəinki regionumuzu, hətta bölgədən kənarda təhlükəsizliyi ciddi təhdid edir. Buna baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq təhlükəsizliyə və Avratlantik məkandakı sabitliyə öz töhfəsini verib və bu rolunu davam etdirməkdədir.

Daha sonra hərbi attaşe Azərbaycan – Böyük Britaniya hərbi əlaqələrindən söhbət açaraq, bu münasibətlərin intensiv inkişafından ətraflı bəhs edib.

 

Tədbirdə çıxış edən dövlət naziri Andryu Murrison təmsil etdiyi hökumət adından Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar təbriklərini çatdırıb, Azərbaycan və Böyük Britaniya arasında müxtəlif sahələrdə getdikcə genişlənən dinamik inkişafdan məmnunluğunu bildirib. Ötən il Bakıya səfərini böyük məmnunluq hissi ilə xatırlayan dövlət naziri Murrison Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olunmasına verdiyi mühüm töhfələri, xüsusilə də Əfqanıstanda İSAF missiyasındakı rolunu və hava məkanını bu məqsədlə istifadəyə verməsini yüksək qiymətləndirib, Azərbaycan tərəfinə təşəkkür edib.

İki yüzdən artıq qonağın iştirak etdiyi mərasimdə Azərbaycan bəstəkarlarının simfonik əsərləri səsləndirilib, Silahlı Qüvvələrimizə həsr olunmuş videoçarxlar nümayiş etdirilib və rəsmi hissədən sonra qonaqlara milli mətbəximizin nümunələri təqdim olunub.

 

Apa/az