Londonda Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı müzakirə olunub

Posted by

Londonda Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı müzakirə olunub

 

Londonda Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı müzakirə olunub

Londonda Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı müzakirə olunub

 

Londonda Böyük Britaniya Parlamentinin Lordlar Palatasında «Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı» mövzusunda tədbir keçirilib.

 

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, iki ölkə arasında mövcud tarixi əməkdaşlığın qarşıdakı perspektivlərinə həsr olunmuş tədbirdə Böyük Britaniyanın energetika və iqlim dəyişikliyi dövlət katibinin parlament müavini baronessa Sandip Verma, dövlət naziri David Lidinqton, baş nazirin Azərbaycan və Türkmənistan üzrə ticarət elçisi Çarlz Hendri, parlamentin Nümayəndələr Palatasının vitse-spikeri Eleanor Lainq, Lordlar Palatasının üzvləri, parlamentin enerji məsələləri üzrə komissiyasının təmsilçiləri, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrell, səfir və diplomatlar, Azərbaycan nümayəndə heyətinə daxil olan rəsmi şəxslər iştirak ediblər.

 

Lord Riçard Rizbi Böyük Britaniya-Azərbaycan iqtisadi əlaqələri, enerji əməkdaşlığı haqqında məlumat verib. Tədbirdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev XX əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika qurmuş Azərbaycanın bu gün də Avropaya inteqrasiya yolunda inamla irəlilədiyini bildirib. O qeyd edib ki, yüz il əvvəl olduğu kimi, yenə də Britaniya şirkətləri Azərbaycan neft-qaz sənayesinin inkişafında mühüm rol oynayır.

 

ARDNŞ prezidenti Azərbaycan və Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın elm, mədəniyyət, təhsil sahələrinə nüfuz edərək genişləndiyini vurğulayıb. Müzakirələrdə çıxış edən Lordlar Palatası üzvləri və digər iştirakçılar Azərbaycan və Böyük Britaniya arasında enerji əməkdaşlığının bundan sonra da davam edib dərinləşməsi üçün böyük perspektivlərin olduğunu ifadə ediblər.

 

Apa.az