Lixtenşteyn Knyazı adından keçirilən rəsmi qəbulda Azərbaycan səfiri də iştirak edib

Posted by

Vaduz Qəsrində Lixtenşteyn Knyazı II Hans-Adamın adından Yeni il münasibətilə təşkil edilən rəsmi qəbulda Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Əkrəm Zeynallı da iştirak edib.

Səfirlikdən AzərTAc-a bildirilib ki, rəsmi qəbul çərçivəsində Knyaz II Hans-Adam və Şahzadə Alois ilə görüşən Əkrəm Zeynallı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Yeni il təbriklərini çatdırıb.

Salamlarına və xoş arzularına görə dövlətimizin başçısına minnətdarlıq edən Knyaz II Hans-Adam onun da salamlarının və Yeni il münasibətilə xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

AzərTac.az