Litvanın Şaulyay şəhəri ilə Azərbaycan şəhərlərindən biri arasında qardaşlaşma haqqında sazişin imzalanması məsələsi müzakirə olunmuşdur

Posted by

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Şaulyay şəhərinin meri Justinas Sartauskasın dəvəti ilə şəhər meriyasında olmuşdur.

Səfir H.Məmmədzadə mer J.Sartauskas ilə görüşdə Azərbaycan-Litva münasibətlərinin uğurla inkişaf etdiyini bildirmiş və ölkələrimiz arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, parlamentlərarası dostluq qrupunun fəaliyyəti haqqında danışmışdır. Diplomat Azərbaycanın son illərdə iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlər, o cümlədən paytaxt Bakıda və regionlarında aparılan yenidənqurma işləri barədə merə məlumat vermişdir.

J.Sartauskas isə Şaulyay şəhərinin tarixi, mədəni abidələri, sosial-iqtisadi vəziyyəti barədə məlumatı səfirin diqqətinə çatdırmışdır.

Görüşdə Şaulyay şəhəri ilə Azərbaycanın şəhərlərindən biri arasında qardaşlaşma haqqında sazişin imzalanması məsələsi müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, ki, bu saziş iki şəhər arasında bütün sahələrdə əməkdaşlığın qurulması üçün imkan yaradacaqdır.

Sonra səfir H.Məmmədzadənin Şaulyay şəhər İcraiyyə Komitəsinin deputatları, iş adamları, şəhər İctimai Palatasının və Sənaye Konfederasiyasının nümayəndələri ilə görüşü olmuşdur. Görüşdə iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Səfər çərçivəsində H.Məmmədzadə, həmçinin Şaulyayda yaşayan soydaşlarımız ilə görüşmüşdür. Diplomat soydaşlarımız arasında birliyin yaradılmasının önəmini vurğulamışdır. O, belə bir birliyin formalaşması və möhkəmləndirilməsi üçün səfirlik tərəfindən zəruri dəstəyin göstəriləcəyini bildirmişdir.

AzərTac.az