Litva şirkəti Azərbaycanda qiymətli kağız blanklarını çap etmək hüququ qazanıb

Posted by

Azərbaycanın Qiymətli Kağzılar üzrə Dövlət Komitəsi (QKDK) “Garsu Pasaulis” Qapalı Səhmdar Cəmiyyətinə (Litva) ölkədə bütün növ qiymətli kağız blanklarının istehsalı və satışı üzrə fəaliyyətlə məşğul olmaq üçün lisenziya verib. Trend-in məlumatına görə, bu barədə cümə günü QKDK-nın yaydığı xəbərdə deyilir.

Lisenziya 5 il müddətinə verilib.

Beləliklə, hazırda Azərbaycanda bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyəti üzrə xüsusi razılığı (lisenziya) qüvvədə olan təşkilatların sayı 7-yə çatıb.

“Garsu Pasaulis” QSC Litvada ən iri mətbəədir. Bundan başqa, QSC Litva pasportlarının Avropa İttifaqı nümunəsini hazırlayır.

Trend.az