Əli Həsənov: “Azərbaycanda QHT-lərdən ibarət III sektor formalaşıb”

Posted by

Əli Həsənov: “Azərbaycanda QHT-lərdən ibarət III sektor formalaşıb”Əli Həsənov: “Azərbaycanda QHT-lərdən ibarət III sektor formalaşıb”

Əli Həsənov: “Azərbaycanda QHT-lərdən ibarət III sektor formalaşıb”

“Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsi kimi görürük və dəyərləndiririk”.

 

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransda çıxışı zamanı deyib.

 

Ə. Həsənov bildirib ki, Şura 7 ildir fəaliyyət göstərir və gələn il Şurada ikinci sədrlik dövrü başa çatır: “Bu, hər bir təşkilat üçün mühüm bir dövrdür. Əgər Şura bu dövr ərzində bir iş görə bilibsə, deməli o, səmərəli fəaliyyət göstərib və bundan sonra yaşamağa layiqdir. Şura Azərbaycan cəmiyyətində öz yerini təsdiqləyib, 7 ildə kifayət qədər müsbət fəaliyyət göstərib. Şuranın xətti ilə 2008-2014-cü illərdə 2 mindən çox layihə maliyyələşdirilib. Bu layihələrin maliyyələşdirilməsinə 20 milyon manata yaxın vəsait sərf olunub ”.

 

Ə. Həsənov qeyd edib ki, Azərbaycan dövləti tərəfindən QHT-lərin maliyyələşməsi təkcə Şura vasitəsi ilə deyil, digər qurumlar, nazirliklər və komitələr tərəfindən də həyata keçirilir: “Bu ildən QHT-lərin fəaliyyətinin vahid koordinasiyası, xüsusilə də qrant fəaliyyətinin həyata keçirilməsinin əlaqələndirilməsi dövlət başçısının sərəncamı ilə Şuraya həvalə olunub. Qrantların nəticələrinin dəyərləndirilməsinə vahid yanaşma olacaq”.

 

Ə. Həsənov müstəqillik dövründə Azərbaycanda QHT-lərdən ibarət III sektorun formalaşdığını vurğulayıb: “Bu gün Azərbaycanda qeydiyyatdan keçmiş 3 minə yaxın QHT var”.

 

Apa.az