Əli bəy Hüseynzadəyə həsr olunmuş dəyirmi masa və sərgi təşkil olunacaq

Posted by

Əli bəy Hüseynzadəyə həsr olunmuş dəyirmi masa və sərgi təşkil olunacaq

 

Əli bəy Hüseynzadəyə həsr olunmuş dəyirmi masa və sərgi təşkil olunacaq

Əli bəy Hüseynzadəyə həsr olunmuş dəyirmi masa və sərgi təşkil olunacaq

 

Fevralın 21-də saat 12.00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş “Milli İstiqlal və Turan aşiqi” adlı dəyirmi masa və sərgi təşkil olunacaq.

 

APA-nın məlumatına görə, sərgidə ilk dəfə olaraq Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadənin, tarixçi Ədalət Tahirzadənin və sənətşünas Ziyadxan Əliyevin şəxsi arxivindən 30 ədəd fotoşəkillər, müxtəlif kitablar və sənədlər nümayiş olunacaq.

 

Dəyirmi masada Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, BDU-nun jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, tədqiqatçı Azər Turan, Əli bəy Hüseynzadə irsinin ilk tədqiqatçısı Ofeliya Bayramlının oğlu, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Etibar Yolçuyev, Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Ziyadxan Əliyev, Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” kafedrasının baş müəllimi Məsməxanım Qubadova çıxış edəcəklər.

 

Qeyd edək ki, tədbirdə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələrinin ailə üzvləri, tarixçilər, tələbələr, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.

 

Apa.az