İlham Əliyev Tailand Kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Tailand Kralı Bhumibol Adulyadejə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: “Tailand Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına sülh və rifah diləyirəm”.
Trend.az