İlham Əliyev “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktorunu qəbul edib

Posted by

İlham Əliyev "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyinin baş direktorunu qəbul edibİlham Əliyev “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktorunu qəbul edib

İlham Əliyev "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyinin baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyovu qəbul edib.

“Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov rəhbərlik etdiyi qurumun fəaliyyətinə ölkəmizdə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək bu agentlik vasitəsi ilə Azərbaycanla bağlı verilən müxtəlif səpkili informasiyaların Rusiya oxucusu üçün xüsusi maraq doğurduğunu diqqətə çatdırdı. O, Azərbaycanda mövcud olan rusdilli informasiya vasitələrinə və rusdilli təhsil müəssisələrinə yaradılan şəraiti də yüksək dəyərləndirdi.

Dövlətimizin başçısı son illər ölkəmizdə təhsil, mədəniyyət, kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı müxtəlif dövlət proqramlarının uğurla həyata keçirildiyini vurğuladı.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mətbuat və informasiya sahəsində mövcud olan əməkdaşlığın müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparıldı, bu sahədə əlaqələrin genişləndirilməsinin və intensivləşdirilməsinin zəruriliyi vurğulandı.

 

Trend/az