İlham Əliyev Misirin yeni Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının yeni seçilmiş Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: “Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, dost Misir xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikasını, xalqlarımızı dərin tarixi kökləri olan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, bu münasibətlər ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da möhkəmlənəcək və genişlənəcəkdir”.
İlham Əliyev Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, Misir Ərəb Respublikasına isə daim firavanlıq və tərəqqi diləyib.
Trend.az